AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli rayonu üzrə 2024-cü ildə əhalinin sayı haqqında məlumat

  • + A
  • - A
  • 3-05-2025, 17:41

    Füzuli rayonu üzrə 2024-cü ildə əhalinin sayı haqqında məlumat


    01 yanvar 2025-ci il tarixinə Füzuli rayonunun əhalisi 131 479 nəfər təşkil etmişdir. Əhalinin 39,0 faizi şəhərdə, 61,0 faizi isə kənddə yaşayır. 2024-cü ildə əhalinin cins tərkibinə görə 49,7 faizi kişilər, 50,3 faizi isə qadınlar olmuşdur.

    Ötən illə müqayisədə 2024-cü ildə demoqrafik göstəricilərdə müəyyən dəyişikliklər müşahidə olunmuşdur. Belə ki:

    Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən il ərzində 1517 doğum qeydə alınmışdır. Bu göstərici əhalinin hər 1000 nəfərinə hesablandıqda 12,2-dən 11,6-ya qədər azalmışdır.

    2024-cü ildə 705 nikah və 285 boşanma halları qeydə alınmışdır. Müqayisə üçün qeyd edək ki, nikahların sayı 2023-cü ildə hər 1000 nəfərə 5,8 olduğu halda, 2024-cü ildə bu rəqəm 5,4-ə düşmüşdür. Boşanmalar üzrə göstərici isə 2,3-dən 2,2-yə qədər azalmışdır.

    Rayon üzrə 820 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə görə 6,4-dən 6,3-ə enmişdir.


    Əhalinin təbii hərəkətinin əsas göstəriciləri aşağıdakı cədvəldə daha aydın şəkildə təqdim olunmuşdur.

    Göstəricilər | Nəfərlə | Əhalinin hər 1000 nəfərinə





    Anar Əlizadə
    Füzuli Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR