Araz Əzimov İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Xarici işlər nazirinin müavini Araz Əzimov ilə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu arasında görüş baş tutub.
AzadMedia.az İSNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.
M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.