AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının akt zalında 27 sentyabr Anım Günü münasibəti ilə geniş tədbir keçirilib.

  • + A
  • - A
  • Bu gün, 13:41

    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının akt zalında 27 sentyabr Anım Günü münasibəti ilə geniş tədbir keçirilib.

    Tədbir Vətənimizin azadlığ,bütövlüyü,suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dədiqəlik sükutu ilə başlayıb.

    Tədbirdə Qəhraman şəhid analırıda iştirak edib.

    Xəstəxananın direktoru E.Bilalov çıxış edərək bu gunun tariximizdə ən önəmli gün olduğunu, qələbəyə doğru atdığımız ilk addım olduğunu deyib.İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.

    Sonra isə çıxış üçün söz Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının işçiləri olan,eyni zamanda qəhram şəhidlərimiz Şəhid Cəmil Həşimlinin anası Simuzər xanıma və Şəhid Fərid Məmmədovun anası Kifayət xanıma verilib.Onların övladları haqqında xatirələri hər kəs qürurla dinləyib.
    Çıxışlar davam edərək söz xəstəxananın həkimlərinə verilib.Hər kəs bu anı qürurla xatırladığını,bir daha heç vaxt müharibə olmasın deyə arzulayıblar.
    Sonda 27 Sentyabr Anım Günü ilə bağlı vidyo çarx izlənilib.

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT,QAZİLƏRİMİZƏ CAN SAĞLIĞI VERSİN.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR