AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gündən beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır

  • + A
  • - A
  • Bu gün, 08:13

    Bu gündən beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır


    Bu gündən ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.

    8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.

    Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

    İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

    Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın post-münaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR