AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda “Əbədi Miras”ın təqdimatı: Heydər Əliyev irsi yeni nəslə aşılanır..

  • + A
  • - A
  • 4-03-2026, 12:09

    Lənkəranda “Əbədi Miras”ın təqdimatı: Heydər Əliyev irsi yeni nəslə aşılanır..
    Bakı, 4 mart — Azadmedia.az

    Heydər Əliyev – Əbədi Miras: Layihə və Toplu Lənkəranda Təqdim Olundu..

    Fevralın 27-də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (YYSİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı kulturoloji layihə çərçivəsində nəşr olunmuş “Heydər Əliyev. Əbədi Miras” toplu kitabının növbəti təqdimatı Lənkəran rayonunun Velədi kənd ümumtəhsil orta məktəbində keçirilib.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahizər Məcidova paytaxtdan gələn layihə heyətini və qonaqları salamlayaraq, layihənin ideya-məzmun baxımından aktuallığını vurğulayıb. O, Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin və konstitusion dəyərlərin gənc nəslə aşılanmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

    Tanınmış ictimai və mədəniyyət xadimi, YYSİB-in sədri, layihə rəhbəri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxışında layihənin məqsəd və vəzifələri, eləcə də son aylar ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, nəşr olunan toplu Heydər Əliyevin siyasi irsinin, milli konstitusion düşüncəsinin və suveren dövlət quruculuğu modelinin yeni nəslə sistemli şəkildə çatdırılmasını hədəfləyir.

    Tədbirdə çıxış edən ictimai fəallar – Hacı Məhəmməd Məmmədov, Ceyhun Süleymanov, Nizami Sıxcanov və Ayxan Hidayət Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan bəhs edərək, region məktəblərində keçirilən belə görüşlərin maarifləndirici və ideoloji baxımdan əhəmiyyətini vurğulayıblar.

    Məktəbin müəllim və şagirdləri Heydər Əliyevin müdrik kəlamlarını səsləndirib, onun dövlətçilik konsepsiyası və milli birlik ideyaları ətrafında müzakirələr aparıblar. Təqdimat çərçivəsində iştirakçıların sualları cavablandırılıb, açıq fikir mübadiləsi təşkil olunub.

    Sonda xatirə fotoları çəkilib.

    Ümumilikdə nəşrdən 60 nüsxə ayrılıb. Onlardan 30-u təqdimat mərasimi zamanı iştirakçılara paylanılıb, 30 nüsxə isə məktəbin kitabxanasına hədiyyə olunub. Bununla yanaşı, mövzuya yaxın 100-dən artıq əlavə nəşr də məktəb kitabxanasına bağışlanaraq, şagirdlərin istifadəsinə verilib.

    Layihə çərçivəsində bölgələrdə keçirilən bu cür təqdimatlar Ümummilli Liderin zəngin siyasi və mənəvi irsinin təbliği, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma rolunu oynayır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR