AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağsu Rayonunun I rüb 2026-cı il üzrə sənaye göztəriciləri

  • + A
  • - A
  • Bu gün, 10:11

    Ağsu Rayonunun I rüb 2026-cı il üzrə sənaye göztəriciləri

    2026-cı ilin yanvar-mart aylarında 14829,5 min manatlıq sənaye məhsulu
    istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2025-ci ilin müvafiq
    dövrü ilə müqayisədə sabit qiymətlərlə 5,4 faiz az olmuşdur. İstehsal edilmiş malların
    və göstərilmiş xidmətlərin 92,4 faizini sənaye məhsulları, 7,6 faizini isə sənaye
    xidmətləri təşkil etmişdir.

    Ümumi sənaye məhsulunun 92,4 faizi emal, 0,7 faiz mədənçıxarma, 6,3 faizi
    elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su
    təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

    İstehlakçılara 16762,0 min manatıq sənaye məhsulu göndərilmiş, 01 aprel
    2026-cı il tarixə sənaye müəssisələrinin anbarlarında 9917,7 min manatlıq hazır
    məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 66,9 faizini təşkil etmişdir.

    Emal sektorunun müəssisələri tərəfindən 2026-cı ilin yanvar-mart aylarında
    13709,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə
    məhsul istehsalının və göstərilmiş xidmətlərin ümumi həcmində 92,4 faiz təşkil etmiş
    və 2025-cü ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 13,8 faiz azalmışdır.
    Məhsul istehsalının əsasını qida məhsullarının istehsalı (45,8 faiz), içki istehsalı
    (51,2 faiz), tikinti materiallarının istehsalı (1,9 faiz) təşkil etmişdir.

    Qida məhsullarının istehsalı sabit qiymətlərlə 14,5 dəfə azalaraq 6282,7
    min manat təşkil etmiş və emal bölməsi məhsullarının 45,8 faizini təşkil etmişdir.

    İçki istehsalının real həcmi sabit qiymətlərlə 12,4 faiz artaraq 7019,4 min
    manat təşkil etmişdir.

    Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı
    bölməsinin
    müəssisələri tərəfindən 2026-cı ilin yanvar-mart aylarında 930,2 min
    manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2025-cü ilin
    müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 53,8 faiz artmışdır.

    Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi
    2025-ci ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 27,0 faiz artaraq 92,7 min
    manat təşkil etmişdir.


    Ağsu Rayon Statistika İdarəsinin
    baş məsləhətçisi Leyla Cəbrayılova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR