Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən qrant layihəsinin icrasına start verilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi şəhid ailələri və qazilərə dəstək göstərmək, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir.
Layihə çərçivəsində Lənkərandan gələn şəhid ailələri və qazilər Quba Şahdağ Truskaves Mərkəzində yerləşdirilib, onların müalicəsi, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. İştirakçıların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, mənəvi dəstəyin göstərilməsi və sosial inteqrasiyasının gücləndirilməsi layihənin prioritet istiqamətlərindəndir.
Bu gündən etibarən start verilən layihə 10 gün müddətində davam edəcək və bu müddət ərzində müxtəlif sosial, maarifləndirici və dəstək tədbirləri həyata keçiriləcək.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.