AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada məktəblilər üçün profilaktik görüş keçirilib - FOTO

  • + A
  • - A
  • Bu gün, 12:16

    Qubada məktəblilər üçün profilaktik görüş keçirilib - FOTO


    Bakı, 11 iyun - Azadmedia.az

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları Digah kənd tam orta məktəbində şagirdlərlə maarifləndirici görüş keçiriblər.

    Tədbirdə yeniyetmələrin zərərli vərdişlərdən qorunması, narkomaniyanın ağır nəticələri və erkən nikahın yaratdığı problemlər barədə geniş məlumat verilib. Şagirdlərlə açıq dialoq aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib.

    Görüşdə iştirak edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, gənclərin sağlam düşüncəli, savadlı və məsuliyyətli yetişməsi gələcək cəmiyyətin əsasını təşkil edir. O, məktəblilərə daim öz üzərlərində çalışmağı və düzgün çevrə seçməyin vacibliyini tövsiyə edib.

    Tədbir zamanı Polis Akademiyası barədə təqdimat da keçirilib, polis orqanlarında xidmət etmək istəyən gənclərə akademiyada yaradılan imkanlar haqqında məlumat verilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR