AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada miqrantların avtobus sürücüsü kimi işləməsinə qadağa təklif edildi

  • + A
  • - A
  • Bu gün, 16:19

    Rusiyada miqrantların avtobus sürücüsü kimi işləməsinə qadağa təklif edildi

    Rusiyanın Ural bölgəsində Dövlət Yol Polisi (GİBDD) əməkdaşları miqrantların sərnişin avtobuslarında və təhlükəli yüklərin daşınması sahəsində işləməsinin qadağan edilməsini təklif ediblər.

    Məlumata görə, yol polisi nümayəndələri daşıyıcı şirkətlərlə keçirdikləri görüşdə xarici vətəndaşların insanların və təhlükəli yüklərin daşınması ilə bağlı işlərə qəbul edilməməsini tövsiyə ediblər.

    Bildirilir ki, bu təşəbbüs Yekaterinburqda baş vermiş və dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasından sonra irəli sürülüb. Son qərarı vilayət qubernatorunun rəhbərlik etdiyi xüsusi komissiya verəcək. Məsələyə yaxın günlərdə baxılacağı gözlənilir.

    Qəza iyunun 10-da Yekaterinburqun mərkəzində baş verib. Avtobus əvvəlcə minik avtomobili ilə toqquşub, sonra hasara, ardınca isə kilsə binasına çırpılıb və piyadaları vurub. Nəticədə iki qadın, bir kişi və bir uşaq olmaqla 4 nəfər həyatını itirib. Daha 4 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata əsasən, qəza zamanı avtobusu miqrant sürücü idarə edib. Sürücü sonradan hadisənin sükan arxasında huşunu itirməsi səbəbindən baş verdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR