AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Folklorumuzu qoruyaq-Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrası davam edir

  • + A
  • - A
  • Bu gün, 11:57

    “Folklorumuzu qoruyaq-Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrası davam edir


    “AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrasını davam etdirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində mayın 14-15-də “Xınayaxdı” folklor kollektivinin qurucusu və rəhbəri Bayram Ağasiyevin iştirakı ilə İsmayıllı rayonunda bir sıra görüşlər keçirilib.

    İlk olaraq “Tat folkloru nümunələri” kitabçasının tərtibatçısı, filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev və Lahıc folklor qrupunun rəhbəri Maarif Əliyevlə görüş təşkil olunub. Görüşdə kitabçanın hazırlanması istiqamətində görülən işlər və folklor materiallarının toplanması prosesi müzakirə edilib.

    Daha sonra milli geyimlərin tikilməsi üzrə ixtisaslaşmış “Xoşbəxt-X” Kiçik Müəssisəsinin direktoru Ruhiyyə Süleymanova ilə görüş keçirilib. Görüş zamanı folklor kollektivləri üçün milli geyimlərin hazırlanması məsələləri müzakirə olunub və müəssisənin hazırladığı geyim nümunələri ilə tanışlıq olub.

    Müzakirələrin nəticəsi olaraq “AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İB ilə “Xoşbəxt-X” Kiçik Müəssisəsi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Xınayaxdı” folklor kollektivi və Lahıc xalq folklor qrupunun üzvləri üçün 14 dəst qadın və 9 dəst kişi milli geyimi hazırlanacaq.

    Qeyd edək ki, layihə qaliblər siyahısında yer aldıqdan sonra tat dilinin üç ləhcəsi əsasında yazılı, musiqi və təsviri folklor nümunələrinin toplanmasına başlanılıb. Şabran və İsmayıllı rayonlarında keçirilən görüşlər, eləcə də sonrakı məsləhətləşmələr zamanı bu istiqamətdə əməkdaşlıq həyata keçirilib.

    Layihə çərçivəsində kitabçanın tərtibatçısı ilə davamlı əlaqə saxlanılıb, folklor materiallarının toplanması və araşdırılması prosesi mütəmadi müzakirə olunub. Nəticədə 60 səhifəlik yazılı folklor nümunələri və bir neçə səhifə təsviri folklor materialı toplanaraq sistemləşdirilib.

    Hazırlanan kitabça folklorşünas alimlərə və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna təqdim olunub, müvafiq rəylər əldə edilib. Layihə çərçivəsində tat folklorunun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində işlər davam etdirilir.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR