AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə tibb işçilərinin peşə bayramı qeyd olunub.

  • + A
  • - A
  • Bu gün, 17:37

    Kürdəmirdə tibb işçilərinin peşə bayramı qeyd olunub.

    Səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elşən Həsənli rayonda fəaliyyət göstərən səhiyyə işçiləri ilə görüşüb. Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan görüşdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Elçin Bilalov və kollektivi, rayonun Psixiatriya Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və Kürdəmir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

    İşçiləri peşə bayramı münasibətilə təbrik edən Elşən Həsənli ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısından söz açıb. İcra başçısı sonda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə fəxri fərmanlar təqdim edib.

























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR