AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçay Rayon Mərkəzi Xəstəxanasında 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 17:48

    Göyçay Rayon Mərkəzi Xəstəxanasında 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib


    Əvvəlcə xəstəxananın kollektivi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət edib, abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

    Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Nicat Musayev, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Zahir Əliyev, struktur-bölmə rəhbərləri və tibb işçiləri iştirak edib.

    O.Mürsəlov tibb işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib, onların cəmiyyət üçün əhəmiyyətli və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirib.

    Z.Əliyev tibb işçilərinin fədakar əməyini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar, sağlamlıq və yeni nailiyyətlər arzulayıb.

    Həkim-uşaq cərrahı Şaban Osmanov xəstəxana kollektivinin peşəkarlığından, işə məsuliyyətlə yanaşmasından və komanda ruhundan bəhs edib. O, bütün həmkarlarını peşə bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

    Həkim-oftalmoloq Şəfaqət İmranova ölkəmizdə səhiyyə sahəsinin ildən-ilə inkişaf etdiyini, müasir tibbi xidmətlərin genişləndirildiyini və bu inkişafın vətəndaşların sağlamlığının qorunmasına mühüm töhfə verdiyini vurğulayıb.

    Tibbi Sığorta bölməsinin müdiri Firuddin Hacıyev çıxışında Göyçay Rayon Mərkəzi Xəstəxanasının təkcə rayon sakinlərinə deyil, ətraf rayonlardan müraciət edən vətəndaşlara da, keyfiyyətli tibbi xidmət göstərdiyini bildirib.

    Sonda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisi Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov tərəfindən Fəxri Fərman ilə təltif olunub.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR