AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

  • + A
  • - A
  • Bu gün, 16:24

    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş


    Qətər 3 iranlı pilotu əsir götürübmüş.

    İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə məktub göndərib.

    Məktubda Qətərdə əsir saxlanıldığı bildirilən 3 iranlı pilotun vəziyyətinin araşdırılması istənilib.

    İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin məlumatına görə, əldə olunan informasiyaya əsasən, ABŞ və İsrailin İrana qarşı hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirən 3 iranlı pilot Qətər qüvvələri tərəfindən sağ vəziyyətdə əsir götürülüb.

    Bildirilib ki, hadisədən ötən 6 ay ərzində Qətər hökuməti beynəlxalq qanun və qaydaların, o cümlədən hərbi əsirlərin hüquqlarına riayət olunmasını nəzərdə tutan dörd Cenevrə Konvensiyasının tələblərinin əksinə olaraq, bu şəxslərin hüquqlarını pozub.

    Komitənin rəhbəri general Məhəmməd Baqerzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Marianna Spolyarikə göndərdiyi məktubda bildirib ki, Üçüncü Cenevrə Konvensiyasına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi Qətərdə saxlanıldığı bildirilən iranlı pilotlarla mümkün qədər tez görüşməli və onların sağlamlıq vəziyyətini araşdırmalıdır.

    O, həmçinin pilotların azad edilməsi üçün lazımi şəraitin yaradılmasını tələb edib.

    Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından iki gün sonra İran ordusunun Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 bombardmançı təyyarəsi Şiraz aviabazasından havaya qalxaraq Qətərdə yerləşən Əl-Üdeyd aviabazasını bombalayıb.

    Hazırda həmin pilotlardan birinin meyitinin İrana qaytarıldığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR