AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Azərbaycan vətəndaşını ölkəmizə ekstradisiya edəcək

  • + A
  • - A
  • Bu gün, 12:17

    Rusiya Azərbaycan vətəndaşını ölkəmizə ekstradisiya edəcək

    Rusiya Federasiyasının Baş Prokurorluğu Azərbaycan tərəfinin vəsatəti əsasında Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının ölkəmizə ekstradisiyasına razılıq verib.

    Ekstradisiya «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

    Məlumata görə, Nahid Əlicanlı Qubadlı Hərbi Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinir. Həmin maddə hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etməyə görə məsuliyyəti nəzərdə tutur.

    İstintaqdan yayınaraq gizləndiyi üçün barəsində beynəlxalq axtarış elan edilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər görülür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR