AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • Bu gün, 12:25

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

    - Avqustun 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
    ***

    Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

    Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.
    Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
    Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
    ***

    Avqustun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    ***

    Polis əməkdaşlarının avqustun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
    ***

    Avqustun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng və 2 ədəd patron aşkar edərək götürüblər.
    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
    ***

    Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar. Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
    ***

    Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

    Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində müştərinin mobil telefonu oğurlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Şahbazov müəyyən olunaraq saxlanılıb.
    Yasamal rayonunda isə mehmanxanalardan birindən mobil telefon oğurlayan və ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli biliən S.Hüseynov, həmçinin E.Məmmədov saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR