Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vəzifə dəyişikliyi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Penitensiar xidmətin Strateji planlaşdırma və monitorinq idarəsində xidmət rəisinin köməkçisi vəzifəsində çalışan Rauf Qasımzadə öz ərizəsi əsasında vəzifəsindən azad edilib.
Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, Rauf Qasımzadə ədliyyə orqanlarında xidmətini də başa vurub.
Qeyd edək ki, Rauf Qasımzadənin atası, general-mayor Aydın Qasımov uzun illər Ədliyyə Nazirliyinin sistemində rəhbər vəzifələrdə çalışıb. O, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, eləcə də Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifələrini tutub.
Rauf Qasımzadə isə təxminən iki il əvvəl ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi vəzifəsinə təyin edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.