AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlal Qurbanov: Abdin müəllim şəhid ailələrinə münasibəti ilə bəzi icra başçıları üçün böyük məktəbdir

  • + A
  • - A
  • Bu gün, 22:15

    Cəlal Qurbanov: Abdin müəllim şəhid ailələrinə münasibəti ilə bəzi icra başçıları üçün böyük məktəbdir


    Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid ailələri ilə xüsusi münasibəti ilə seçilən icra başçısı Abdin müəllim barədə Cəlal Qurbanov paylaşım edib.

    Cəlal Qurbanov sosial şəbəkədəki paylaşımında bildirib ki, Abdin müəllimin şəhid ailələrinə münasibəti xüsusi hörmətə layiqdir. Onun sözlərinə görə, Abdin müəllim şəhid ailələrinin yanında vəzifəli şəxs kimi deyil, doğma oğul, qardaş və əmi kimi dayanır.
    “Öz evinin, öz ocağının qapılarını şəhid ailələrinin üzünə açan, hətta bəzən onların doğum günlərini öz evində, öz süfrəsi arxasında qeyd edən icra başçılarındandır. Bu, artıq vəzifə deyil – doğmalıqdır, insanlıqdır”, – deyə Cəlal Qurbanov qeyd edib.

    O, iki gün əvvəl Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun övladının toyunda iştirak etdiyini bildirib. Cəlal Qurbanovun sözlərinə görə, Abdin müəllim şəhid övladının xoş gününü öz övladının sevinci kimi qəbul edib və məclisdə onunla birlikdə rəqs edib.

    Cəlal Qurbanov vurğulayıb ki, şəhid ailələrinin Abdin müəllimə olan sevgisi onun münasibətinin formal vəzifə çərçivəsindən kənar olduğunu göstərir.

    “Abdin müəllim şəhid ailələrinə münasibəti ilə bəzi icra başçıları üçün böyük bir məktəbdir”, – deyə o bildirib.
    Paylaşımda həmçinin Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının cəmiyyətə çatdırılmasında bu cür səmimi münasibətlərin mühüm rol oynadığı qeyd olunub.

    Cəlal Qurbanov məclisdə iştirak edən digər icra başçılarına, eləcə də Milli Qəhrəmanın döyüş və xidmət yoldaşları olan generallara təşəkkürünü də bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR