AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Google Rusiyada fəaliyyət imkanlarını genişləndirməyə hazırlaşır? Şirkət 8 əmtəə nişanını qeydiyyata almaq üçün müraciət edib

  • + A
  • - A
  • Bu gün, 21:01

    Google Rusiyada fəaliyyət imkanlarını genişləndirməyə hazırlaşır? Şirkət 8 əmtəə nişanını qeydiyyata almaq üçün müraciət edib


    ABŞ-ın texnologiya nəhəngi Google Rusiyanın Federal Əqli Mülkiyyət Xidmətinə (Rospatent) səkkiz əmtəə nişanının qeydiyyata alınması üçün müraciət edib.

    “RİA Novosti”nin Rospatentin məlumatlarına istinadən yaydığı xəbərə görə, müraciətlər avqust ayında Google LLC tərəfindən təqdim olunub.

    Qeydiyyata alınması istənilən əmtəə nişanları arasında Google Meet, Gmail, Google Keep, Google Drive, Google Forms, Google Chat, Google Cloud və Magic Pointer xidmətlərinin loqoları yer alır.

    Əmtəə nişanlarının qeydiyyata alınması şirkətə Rusiyada bu brendlərlə bağlı xidmətlər üzrə hüquqi qorunma imkanları yarada bilər. Söhbət elektron məktubların göndərilməsi, video və audio konfransların keçirilməsi, mətn və qrafik faylların saxlanılması, sənədlər üzərində birgə işləmə, çat-botlar və süni intellekt əsaslı proqram təminatından istifadəyə imkan verən xidmətlərdən gedir.

    Xatırladaq ki, Google 2022-ci ildə Rusiyadakı fəaliyyətini dayandırıb. Rusiyada şirkətin hüquqi şəxsi olan “Google” MMC isə 2022-ci ilin iyulundan müflisləşmə prosesindədir.

    Bununla belə, şirkətin son aylarda Rusiyada bəzi texnologiya və brendləri hüquqi baxımdan qorumaq istiqamətində addımlar atması diqqət çəkir. Avqustun əvvəlində Google LLC AlphaEvolve əmtəə nişanını da Rospatentdə qeydiyyatdan keçirib. Bu brend süni intellektdən istifadə etməklə kompüter kodlarının yaradılması və təkmilləşdirilməsi üçün proqram təminatı ilə əlaqələndirilir.

    Ukraynanın dövlət borcu 2022-ci ildən bəri 3,5 dəfəyə yaxın artıb

    Ukraynanın dövlət və dövlət zəmanətli xarici və daxili borcu 2022-ci ilin əvvəlindən etibarən kəskin artıb.

    “RİA Novosti” Ukrayna Maliyyə Nazirliyinin məlumatlarını təhlil edərək bildirir ki, iyulun 31-nə ölkənin dövlət və dövlət zəmanətli borcunun ümumi həcmi 9,57 trilyon qrivnaya, yaxud 214,18 milyard dollara çatıb.

    Məlumata görə, 2022-ci ilin yanvarında, yəni müharibənin başlamasından əvvəl Ukraynanın xarici və daxili dövlət borcu 2,745 trilyon qrivna təşkil edib. Beləliklə, iyulun sonuna qədər göstərici təxminən 3,48 dəfə artıb.

    Borcdakı artım əsasən ölkənin müharibə şəraitində maliyyə ehtiyaclarının yüksəlməsi, büdcə kəsirinin genişlənməsi və xarici maliyyə dəstəyindən asılılığın artması ilə əlaqələndirilir.

    Bundan əvvəl TASS agentliyi Ukraynanın dövlət borcunun hər ay təxminən 4-5 milyard dollar artdığını bildirmişdi. Agentliyin hesablamalarına əsasən, avqustun sonunda ölkənin dövlət borcu 218-219 milyard dollara çata bilər.

    Proqnozlara görə, borcun artım tempi qorunarsa, 2026-cı ilin sonunda bu göstəricinin təxminən 240 milyard dollara, növbəti ilin sonunda isə 290 milyard dollardan az olmayacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR