AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Professor yazır: İstisu saf söhbət

  • + A
  • - A
  • Bu gün, 10:30

    Professor yazır: İstisu saf söhbət


    Vaqif Abdullayev siyasi elmlər doktoru, professor sabiq deputat

    “Gürcü suyu içirsiniz, bir Azərbaycan suyundan da için, özümlə “İstisu” gətirmişəm, bu Naxçıvanın sularıdır, bu “İstisudur”...

    Cənab İlham Əliyevin olduqca möhtəşəm və möhtərəm bu ritorikasının arxasında dərin fəlsəfi məna dayanır.

    Türk-azərbaycanlı olan Məsud Pezeşkiana anladır ki, masada Naxçıvanın, Kəlbəcərin, Azərbaycanın öz milli neməti var.

    Bu, sadəcə su deyil, milli koddur, milli atributdur, milli yaddaşdır.

    “İstusu” isti münasibətlərin rəmzidir.

    Su, aydınlıqdır, Qarabağın dilbər guşəsindən çıxan saf suyu içmədən saf söhbətlər etmək olmaz.

    Həqiqətən əsil diplomatik jest olan bu hal həm də peşəkar təqdimatdır. Bəlkə də minlərlə iş adamı milyonlar xərcləyib reklam etsə də, marketinqlər ən bahalı layihə hazırlasa da, “İstisu”nun bu cür mükəmməlcəsinə təqdim və təbliğ edə bilməzlər.

    Bunu yalnız İlham Əliyev bacarır. Çünki, o hər bir sahədə peşəkardır, fitri istedad sahibidir.Tanrı Ona misligörünməyən bir bacarıq verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR