AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tarixi abidələr yazı taxtası deyil” – Ramal İsayev

  • + A
  • - A
  • Bu gün, 10:07

    “Tarixi abidələr yazı taxtası deyil” – Ramal İsayev

    Tanınmış teleaparıcı və iş adamı Ramal İsayev tarixi abidələrin qorunması ilə bağlı ictimaiyyətə müraciət edib.
    O, tarixi məkanların divar və qayalarına müxtəlif yazıların həkk olunmasının yolverilməz olduğunu vurğulayıb.

    Ramal İsayevin sözlərinə görə, xüsusilə Şuşa və Bakıda yerləşən tarixi abidələr Azərbaycan xalqının keçmişini əks etdirən mühüm mədəni irs nümunələridir.

    O qeyd edib ki, bəzi şəxslərin abidələrin üzərinə ad-soyad, tarix və digər ifadələr yazması bu məkanların tarixi görünüşünə ciddi xələl gətirir.

    “Tarixi abidələr şəxsi xatirə dəftəri, qədim divarlar isə yazı taxtası deyil. Şuşanı və Bakını sevmək onların üzərinə adını yazmaq deyil. Bu şəhərlərin tarixini qorumaq və gələcək nəsillərə çatdırmaqdır”, – deyə Ramal İsayev bildirib.

    Teleaparıcı hər kəsi tarixi-mədəni irsə hörmətlə yanaşmağa və abidələrin qorunmasına töhfə verməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR