AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tədris ili ərəfəsində məktəb yollarında təhlükəsizlik tədbirləri artırılır

  • + A
  • - A
  • Bu gün, 10:43

    Tədris ili ərəfəsində məktəb yollarında təhlükəsizlik tədbirləri artırılır

    Paytaxtın küçə və prospektlərində, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər intensivləşdirilib.

    Məlumatına görə, bu barədə BDYPİ və AYNA birgə məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, yeni tədris ilinin başlanması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkətində artım gözlənilir. Bununla əlaqədar aidiyyəti qurumların əməkdaşları tərəfindən həmin ərazilərdə yol şəraitinə nəzarət gücləndirilir.

    Məktəblərin ətrafında yol hərəkətinin təşkili araşdırılır, yol nişanları və nişanlanma xətləri yoxlanılır. Mövcud problemlərin müəyyən edilməsi və aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.

    Eyni zamanda, məktəblərin qarşısında yerləşən piyada keçidləri, yol nişanları və digər texniki vasitələrin vəziyyəti nəzarətdə saxlanılır.

    Qeyd olunub ki, əsas məqsəd yeni tədris ili müddətində şagirdlərin təhlükəsiz hərəkətinin təmin edilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR