Ucarda magistral yolda yük avtomobili alışıb

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində yanğın hadisəsi qeydə alınıb.
Hadisə Alpı kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən, kabellə yüklənmiş yük avtomobilində qəfil yanğın meydana gəlib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.