İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımov 102 yaşında vəfat edib
]
İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı veteran Rəşid Qasımov 102 yaşında həyatını itirib.
Məlumata əsasən, R.Qasımov Göyçay rayonunda yaşadığı Xəlitli kəndində vəfat edib.
1924-cü ildə Füzuli rayonunda anadan olan Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə qatılıb. 1945-ci ildə müharibədən qayıdan veteran döyüşlər zamanı sağ ayağını itirib.
R.Qasımov müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunub.
Sülh dövründə Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri və briqadir kimi çalışıb. 1993-cü ildə məcburi köçkün olaraq Göyçay rayonunda məskunlaşıb.
Qeyd edək ki, Rəşid Qasımov Vətən müharibəsində şəhid olan baş leytenant Səid Rəşidzadənin babası və Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.