Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsinə aydınlıq gətirilib

Avqustun 15-dən Bakı Metropoliteninin “qırmızı” və “yaşıl” xətlərinin ayrılması üzrə işlərə başlanılıb. Bununla əlaqədar bəzi metro stansiyalarında sərnişin axınına məhdudiyyətlər tətbiq edilib.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, sözügedən məhdudiyyətlər sərnişin sayının azalmasına, bununla da metropolitenin gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər. Onun fikrincə, mümkün maliyyə itkilərinin kompensasiya edilməsi üçün gediş haqqının artırılması variantı nəzərdən keçirilə bilər.
Bakı Metropoliteni QSC isə gediş haqqının artırılması ilə bağlı qərar qəbul etmək səlahiyyətində olmadığını açıqlayıb.
Qurumdan bildirilib ki, metro tarifləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı əsasında tənzimlənir.
Qeyd edək ki, hazırda Bakı Metropolitenində gediş haqqı 60 qəpikdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.