AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi hissələrdə yeni tədris ili ilə bağlı tədbirlər keçirilib

  • + A
  • - A
  • Bu gün, 15:26

    Hərbi hissələrdə yeni tədris ili ilə bağlı tədbirlər keçirilib

    Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələri, hərbi hissələri, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinə start verilməsi ilə əlaqədar mərasimlər təşkil olunub.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, tədbirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi hazırlıq planına uyğun keçirilib.

    Mərasimlərdə hərbi orkestrlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Çıxışlar zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında müəyyən etdiyi tapşırıqlar şəxsi heyətə çatdırılıb. Eyni zamanda, müdafiə nazirinin və Baş Qərargahın döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və göstərişləri diqqətə çatdırılıb.

    Bildirilib ki, yeni tədris ilində təlim prosesində müasir metodlardan və yüksək texnologiyalardan daha geniş istifadə olunacaq. Təlim-məşqlərin keyfiyyətinin və intensivliyinin artırılması əsas məsələlərdən biri kimi müəyyənləşdirilib.

    Tədris prosesinin təşkili zamanı 44 günlük Vətən müharibəsində, həmçinin sonrakı döyüş əməliyyatlarında əldə edilmiş təcrübədən istifadə ediləcək. Hərbi qulluqçuların müxtəlif iqlim və mürəkkəb relyef şəraitində, gecə və gündüz vaxtlarında müasir döyüş texnikası və silah-sursatı effektiv tətbiq etmək bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində olacaq.

    Bundan əlavə, maddi-texniki bazanın möhkəmləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi və digər təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR