AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir

  • + A
  • - A
  • Bu gün, 20:25

    Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir
    Əgər husilər Bab-əl-Məndəb boğazını və Perim adasını nəzarətə götürə bilsələr, geniş beynəlxalq koalisiya olmadan onları zərərsizləşdirmək mümkün olmayacaq.

    Azadmedia.az xəbər verir ki, bu barədə CNN-ə Yəmən Prezident Rəhbərlik Şurası sədrinin müavini Tariq Saleh bildirib.

    "O, xəbərdarlıq edib ki, əgər husilər Perim və Bab-əl-Məndəb boğazını ələ keçirsələr, onları geri çəkilməyə məcbur etmək üçün çoxlu sayda beynəlxalq qoşun və Hərbi Dəniz Qüvvələri lazım olacaq", - telekanal xəbər verib.

    Saleh vurğulayıb ki, ABŞ Yəmənə dəstək verməsə, ABŞ qoşunları, beynəlxalq ictimaiyyət və qlobal ticarət "daha yüksək bədəl ödəməli olacaq".

    Həmçinin qeyd olunub ki, husilər yuxarıda adıçəkilən əraziləri ələ keçirəcəkləri təqdirdə, uzaqmənzilli silahlar olmadan da gəmiçiliyə təhlükə yarada biləcəklər. Onlar bu su marşrutunu minalaya bilərlər.

    "The National" bildirib ki, Yəmənin Perim və Züqar adaları regionda dəniz təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır: Perim Yəməndən 4 km, Cibutidən isə 25 km uzaqda yerləşir; Züqar Qırmızı dənizdə 100 km şimalda, Yəmənlə Eritreya arasında yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR