AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüquq və İnsan Haqları İnstitutunda “5 təməl sütun: təsəvvürdə və reallıqda” kitabının təqdimatı keçirilib

  • + A
  • - A
  • Bu gün, 16:43

    Hüquq və İnsan Haqları İnstitutunda “5 təməl sütun: təsəvvürdə və reallıqda” kitabının təqdimatı keçirilib


    Oktyabrın 21-də Hüquq və İnsan Haqları İnstitutunda hüquq elmləri doktoru, professor Mehdi Abdullayevin müəllifi olduğu “5 təməl sütun: təsəvvürdə və reallıqda” kitabının təqdimatı keçirilib.

    Tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə fundamental hüquqi və siyasi anlayışların müasir cəmiyyətin inkişafındakı roluna toxunaraq, onların nəzəri mahiyyətinin və praktik tətbiqinin elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, İnstitut bu sahədə nəşr olunan elmi əsərlərin təqdimatını mütəmadi təşkil etməklə elmi biliklərin ictimaiyyət arasında yayılmasına, cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsinə və elmi fikir mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verir.

    Daha sonra kitabın müəllifi, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Mehdi Abdullayev əsərin hazırlanma məqsədi, əsas ideyaları və elmi yanaşmaları barədə ümumi məlumat verib. O, azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət kimi fundamental anlayışların cəmiyyətdə bəzən nəzəri mahiyyətindən fərqli şəkildə qavranıldığını qeyd edərək, bu anlayışların real həyatdakı təzahürlərinin araşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda, Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinin elmi fəaliyyətin inkişafına, elmi tədqiqatların təşviqinə və yeni elmi əsərlərin hazırlanmasına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. O, Akademiyada elmi fəaliyyətin həyata keçirilməsi və elmi yaradıcılığın inkişafı üçün yaradılan şəraitin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə göstərilən diqqətə və davamlı dəstəyə görə akademik Urxan Ələkbərova təşəkkürünü bildirib.

    Kitabda hüquq, siyasət və humanitar elmlər baxımından mühüm əhəmiyyət daşıyan beş fundamental anlayış – azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət hüquqi, siyasi və fəlsəfi aspektlərdən təhlil olunur. Müəllif həmin anlayışların nəzəri əsasları ilə yanaşı, onların praktikada tətbiqini, cəmiyyətdə formalaşan təsəvvürləri və bu təsəvvürlərin doğurduğu təhrifləri də araşdırır.





    Əsərdə dövlət və insan münasibətləri, hüququn aliliyi, dövlətçilik və idarəetmə məsələləri müxtəlif tarixi hadisələr, siyasi proseslər, dövlət xadimlərinin fəaliyyəti və görkəmli mütəfəkkirlərin fikirləri əsasında təhlil edilir.

    Təqdimatda çıxış edən iştirakçılar kitabın ideya və məzmun xüsusiyyətlərini, fundamental hüquqi və siyasi anlayışların müasir dövrdə əhəmiyyətini vurğulayaraq, əsərin multidissiplinar yanaşmasını və elmi-praktiki əhəmiyyətini qeyd ediblər.




    Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının professor və müəllim heyəti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və hüquqşünaslar iştirak ediblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR