AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq

  • + A
  • - A
  • Bu gün, 16:39

    Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq

    Cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulması - Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması üçün real yoldur.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    Zelenski münaqişənin hazırkı təmas xətti boyunca dondurulmasını və ərazisinin 75 %-dən çoxunun Ukraynada qalmasını nəzərdə tutan sülh razılaşmasına razı olub-olmayacağı ilə bağlı suala müsbət cavab verib.

    "Bəli, elə indicə biz hər şeyi dondura bilərdik. Hesab edirəm ki, bu, bu müharibənin başa çatması üçün real yoldur. Biz bunu atəşkəs və ya Prezident Donald Trampın ifadə etdiyi kimi, hərbi əməliyyatların dayandırılması adlandırırıq", - Ukrayna Prezidenti vurğulayıb.

    Zelenskinin sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması Ukraynanın bu gün Rusiyadan gözlədiyi minimum tələbdir: "Sonra biz, təbii ki, prezidentə (ABŞ-red.)] və avropalılara müraciət edəcəyik və təhlükəsizlik zəmanətləri istəyəcəyik. Ən əsası sülhdür, özü də təhlükəsizlik zəmanətləri olan sülh".

    O həmçinin vurğulayıb ki, Ukrayna müharibəni ən qısa zamanda başa çatdırmağa çalışır, lakin istənilən razılaşma ölkənin və onun vətəndaşlarının maraqlarını nəzərə almalıdır.

    V.Zelenski bildirib ki, mümkün razılaşma Ukrayna parlamentinə təqdim edilməlidir, onun təsdiqlənməsi isə referendumun keçirilməsini tələb edə bilər.

    O həmçinin vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlar Kiyevin iştirakı olmadan keçirilməməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR