AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və keçmiş sektor müdiri üçün 12 il həbs cəzası istənilib

  • + A
  • - A
  • Bu gün, 13:28

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və keçmiş sektor müdiri üçün 12 il həbs cəzası istənilib

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı başa çatıb.

    Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda dövlət ittihamçısı çıxış edib.

    Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb. O, Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini və hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onların məhkəmə zalında həbs olunmaları barədə vəsatət qaldırıb.

    Hakim Eldar İsmayılov müdafiə çıxışına hazırlaşmaları üçün vəkillərə vaxt verib.

    Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunublar. İttihama əsasən, onların əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə 800 min manat ziyan dəyib. Həmin məbləğin 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR