Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
PatriotNews.com.az xəbər verir ki, iclasda qurumun publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi, eləcə də struktur dəyişikliyinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və fəaliyyətin səmərəliliyinin artırılmasına təsiri müzakirə olunub.
Müşahidə Şurasının iclasında qəbul edilən qərara əsasən, Arif Fərman oğlu Mərdanov “İri Şəhərlərin Su Təchizatı” QSC-nin icraçı direktoru vəzifəsinə təyin edilib.
Arif Mərdanov haqqında
Arif Fərman oğlu Mərdanov 24 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
O, əmək fəaliyyəti ərzində “Azərsu” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanması üzrə ekspert qrupunun üzvü olub.
Arif Mərdanov SOCAR-da idarə rəisi vəzifəsində fəaliyyət göstərib. Müxtəlif dövrlərdə Metropoliten İşçiləri Həmkarlar İttifaqının və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri olub. Həmçinin TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, üç övladı var.
PatriotNews.com.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.