AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kiprdə gəminin qəzaya uğraması ilə bağlı daha bir azərbaycanlı saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 16:52

    Şimali Kiprdə gəminin qəzaya uğraması ilə bağlı daha bir azərbaycanlı saxlanılıb


    Şimali Kiprin Girnə sahillərində gəminin qəzaya uğraması ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

    “Haber Global”ın məlumatına görə, saxlanılan şəxs gəmi heyətinin üzvü olub.

    İstintaq materiallarına əsasən, o, gəminin qəzaya uğramasına səbəb olduğu ehtimal edilən çatlağı ilk aşkar edən şəxs olub. Şübhəli həmin çatın fotosunu çəkərək ikinci kapitana göndərib. O, bir günlük həbs edilib.

    “Report”un məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

    Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzası baş verib. Hadisə nəticəsində 239 nəfər xilas edilib, ölənlərin sayı isə 26-ya çatıb.

    İndiyədək hadisə ilə əlaqədar ümumilikdə 9 nəfər saxlanılıb. Onların arasında 3 Azərbaycan vətəndaşı da var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR