AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Reuters: Aİ sammitində büdcə məsələsi ilə bağlı fikir ayrılıqları yarana bilər

  • + A
  • - A
  • Bu gün, 16:55

    Reuters: Aİ sammitində büdcə məsələsi ilə bağlı fikir ayrılıqları yarana bilər

    Avropa İttifaqına üzv ölkələrin liderləri noyabrın 26-da keçiriləcək sammitdə 2028–2034-cü illəri əhatə edən, təxminən 1,6 trilyon avro həcmində yeni büdcəni və Ukraynanın gələcək maliyyələşdirilməsi məsələsini müzakirə edəcəklər. Danışıqlar zamanı üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarının yaranacağı gözlənilir.

    “Reuters” agentliyi bu barədə mənbələrinə istinadən məlumat yayıb.

    Agentliyin həmsöhbətlərindən biri danışıqların gərgin keçəcəyini bildirərək qeyd edib ki, liderlər razılığa gəlməzdən əvvəl sərt müzakirələr aparmalı və mövqelərini nümayiş etdirməlidirlər.

    Məlumata görə, sammitin əsas müzakirə mövzularından biri Avropa İttifaqının mövcud büdcəsindən borclanma hesabına Ukraynaya 45 milyard avro kredit ayrılması olacaq.

    Lakin Slovakiya, Çexiya, Macarıstan və Bolqarıstan bu kreditin maliyyələşdirilməsində iştirak etməyə qarşı çıxır. Almaniya və bir sıra digər ölkələr isə belə maliyyələşməni daha geniş büdcə razılaşmasının əldə olunması üçün zəruri şərt hesab edir.

    Təklif olunan yeddiillik büdcə layihəsində Ukraynaya 100 milyard avroyadək vəsait ayrılması da nəzərdə tutulur. Bu vəsaitin əsasən müdafiə xərclərinin və büdcə ehtiyaclarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

    Bundan əlavə, Aİ büdcənin gəlirlərini artırmaq üçün yeni maliyyə mənbələri axtarır. Bu çərçivədə iri texnologiya şirkətlərinə mümkün vergilərin tətbiqi və karbon emissiyası kvotalarının ticarətindən əldə olunan gəlirlərin artırılması məsələləri nəzərdən keçirilir.

    Avropa İttifaqına üzv ölkələr büdcə ilə bağlı yekun razılaşmanı dekabrın 17–18-də keçiriləcək sammitdə əldə etməyi planlaşdırırlar.

    Qeyd edək ki, yeni büdcənin təsdiqlənməsi üçün Aİ-yə üzv olan 27 dövlətin hamısının razılığı tələb olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR