Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 ay uzadıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, məhkəmə prokurorun vəsatətini təmin edərək Nəsimi Musayev barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.