AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniya XİN rəhbəri: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi böyük perspektivlər açır

  • + A
  • - A
  • Bu gün, 13:51

    Estoniya XİN rəhbəri: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi böyük perspektivlər açır


    “Son il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib”.

    APA xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

    Estoniyalı nazir qeyd edib ki, özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərin dinamikası iki ölkənin ortaq maraqlarının olduğunu göstərir.

    Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsində təcrübəsi, “Şərq-Qərb” layihələri, Orta Dəhliz, eləcə də regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi böyük perspektivlər açır.

    Marqus Tsahkna, həmçinin Estoniyanın Ermənistanda səfirliyinin açıldığını xatırladaraq bunun ölkəsinin regiona marağını və Cənubi Qafqazda mövcudluğunu genişləndirmək niyyətini nümayiş etdirdiyini vurğulayıb.

    Nazir əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə qlobal təhlükəsizliklə bağlı narahatlıqlar da müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR