AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anna Akopyan Vyanadakı küçələrin təmizliyini nümayiş etdirərək İrəvanın meriyasını tənqid edib

  • + A
  • - A
  • Bu gün, 13:53

    Anna Akopyan Vyanadakı küçələrin təmizliyini nümayiş etdirərək İrəvanın meriyasını tənqid edib


    Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda yol və küçələrin təmizliyi, eləcə də tıxac problemi ilə bağlı növbəti dəfə şəhər rəhbərliyinə eyham vurub.

    O, Vyananın küçələrindən çəkdiyi yeni videonu sosial şəbəkə hesabında paylaşıb.

    Anna Akopyan videoda Vyanada qarın qısa müddətdə təmizləndiyini vurğulayaraq bildirib ki, gecə ərzində şəhərdə sanki sehr baş verib və küçələrdəki qar yollardan yığışdırılaraq kənarlara toplanıb.

    O, Vyana küçələrinin boş olduğunu, şəhərdə heç bir panika, tıxac və narahatlığın müşahidə edilmədiyini qeyd edib.

    Akopyanın sözlərinə görə, Vyananın daimi əhalisi təxminən 2 milyon nəfərdir və şəhər ərazisinə görə İrəvandan iki dəfə böyükdür. O, həmçinin oktyabr ayında Vyananı 1 milyon 800 min turistin ziyarət etdiyini, noyabrda isə turist sayının daha çox ola biləcəyini bildirib.

    Baş nazirin həyat yoldaşı şəhərdə həm 2 milyon daimi sakinin, həm də ay ərzində milyonlarla turistin olmasına baxmayaraq, şəhər infrastrukturunun necə idarə edildiyinə təəccübünü ifadə edib.

    Qeyd edək ki, Anna Akopyan son vaxtlar İrəvanda tıxac probleminə dəfələrlə diqqət çəkib və bu məsələnin həllində şəhər rəhbərliyini tənqid edən paylaşımlar edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR