AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-la mümkün yeni münaqişəyə qarşı hava hücumundan müdafiə sistemini gücləndirmək istəyir

  • + A
  • - A
  • Bu gün, 13:49

    İran ABŞ-la mümkün yeni münaqişəyə qarşı hava hücumundan müdafiə sistemini gücləndirmək istəyir


    İran ABŞ-la hərbi qarşıdurmanın yenidən baş verməsi ehtimalına qarşı gücləndirilmiş hava hücumundan müdafiə (HHM) sistemini istifadəyə verməyə hazırlaşır.

    Tasnim agentliyinin məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin müavini, kontr-admiral Həbibulla Səyyari bildirib ki, ABŞ hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, İranın yeni hazırlanmış müasir hava hücumundan müdafiə sistemləri ilə qarşılaşacaq.

    Admiralın sözlərinə görə, yeni sistemlər qarşı tərəfə ciddi zərər vurmaq imkanına malikdir.

    O qeyd edib ki, ABŞ-ın mümkün hücumu zamanı bu sistemlərin effektivliyi və imkanları nümayiş etdiriləcək.

    Səyyari əlavə edib ki, son münaqişə İran üçün hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR