Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub. Bu barədə Azadmedia.az-a İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov məlumat verib.
BŞTİ-nin sözçüsünün məlumatına görə, təhsil nazirinin əmrinə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.
[/center]
Təhsil nazirinin digər əmrinə əsasən, Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.