AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu II Yeddioymaq kənd məktəbində T.Bayraməlibəyovun büstünün açılışı olub

  • + A
  • - A
  • 24-09-2022, 18:15

    Masallı rayonu II Yeddioymaq kənd məktəbində T.Bayraməlibəyovun büstünün açılışı olub

    Bu gün Masallı rayonu II Yeddioymaq kəndində görkəmli maarifpərvər ziyalı Teymur Bəy Bayraməlibəyovun anadan olmasının 160 illiyi münasibəti ilə bir vaxtlar yaradıcısı olduğu T.Bayraməlibəyov adına 2 saylı orta məktəbin qarşısında büstünün açılışı olub. Azadmedia.az-ın Cənub bürosunun rəhbəti Rəmzi Şahverdiyevin verdiyi məlumata məlumata görə açılış mərasimindən əvvəl iştirakçılar Masallı şəhərində Ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edib gül dəstələri düzdükdən sonra Masallı Şəhidlərinin xatirəsinə salınmış Şəhidlər Xiyabanını ziyarət edib, Zəfər Qələbəmizin simvolu olan Dəmir Yumruq abidəsinin qarşısında xatirə şəkilləri çəkdiriblər. Açılış mərasimində Masallı RİH başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, Etibar Əliyev, Fazil Mustafa, Musa Qasımlı və Razi Nurullayev, rayonun səlahiyyərli şəxsləri, ziyalılar, kənd sakinləri iştirak edib. Qeyd edək ki, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputat Məşhur Məmmədov da həmin məktəbin məzunudur. T.Bayraməlibəyovun büstü onun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanıb. Millət vəkilləri tərəfindən T.Bayraməlibəyov adına 2 saylı orta məktəbə 100 kitab hədiyyə edib. Millət vəkili Məşhur Məmmədov çıxışında qeyd edib ki, məktəblərə kitablar bağışlanması aksiyası davamlı xarakter alacaq.
    Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, deputatlar və rayon ictimaiyyətinin nümayəndələri Masallı Regional Mədəniyyət Mərkəzində böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunmuş, millət vəkili Məşhur Məmmədovun təşəbbüs və dəstəyi ilə "Masal prodakşın"ın istehsalı olan "Nurlu yol" sənədli filmin təqdimatında iştirak ediblər. Millət vəkilləri maraqlı səfər üçün həmkarları Məşhur Məmmədova təşəkkür ediblər.
























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR