AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə çərçivəsində Masallıda hesabat yığıncağı keçirildi

  • + A
  • - A
  • 28-09-2022, 23:26

    “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə çərçivəsində Masallıda hesabat yığıncağı keçirildi

    Masallı rayon otelinin iclas zalında “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə çərçivəsində hesabat yığıncağı adlı tədbir keçirilib. Azadmedia.az-ın Cənub bölgəsindən verilən məlumata görə 28 sentyabr 2022-ci il tarixində baş tutan tədbiri açılış nitqi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri və “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə rəhbəri Mirzə Məmməd Vəliyev açaraq proqram/layihə tərəfdaşlarını və qonaqları salamladıqdan sonra ötən aylar ərzində görülmüş və görüləcək işlər barədə hesabat xarakterli çıxış etdi. Sonra söz tərəfdaşlara verildi. Toplantıda iştirak edən tərəfdaşların hər biri sözügedən proqram/layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verdi, onlara ünvanlanan sualları cavablandırdı.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin
    Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, Masallı şəhər bələdiyyə sədrinin müavini Namik Zeynallı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı rayon nümayəndəsi Murad İbrahimov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) Lənkəran və Astara Regional Məşğulluq filialının nümayəndəsi Rasim Harəzmşah, DOST Xidmətinin nümayəndəsi Natiq Qaçayev, DMA-nin nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlıq Mərkəzinin nümayəndəsi Ramin Cəfərov, EKVİTA şirkətinin nümayəndəsi Fərid Baxşıyev və Bakı Mühəndislik Universitetinin nümayəndəsi Arif Nəcimov iştirak etmiş və cari proqram/layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə qonaqları məlumatlandırmışdırlar. Tədbirin birinci hissəsi qonaqları və tərəfdaşları maraqlandıran sualların müzakirəsi ilə yekunlaşıb
    Tədbirin ikinci hissəsində tərəfdaşlar və qonaqlar Masallı Sənaye Məhəlləsində qısa müddətdə (22 avqust 2022-ci il tarixindən) fəaliyyətə başlamış ilk Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinə səfər edib. Qonaqlar Mərkəzdə həssas sosial qrup nümayəndələrinin və əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək üçün təşkil olunmuş dərzilik və xalça toxuma kursunun peşəkar təlimçilər tərəfindən iş prosesi ilə yaxından tanış oldular.
    Masallı rayonunda fəaliyyətə başlamış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinin müdavimləri Dövlət Məşğullu Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlıq Mərkəzinin təlim proqramlarına uyğun olaraq təlim kursu keçir, minimum əmək haqqı həcmində təqaüd alır. Qeyd edildi ki, müdavimlər məzun olanda peşə sertifikatları ilə təltif olunacaqlar. Dərzilik və toxuculuq kursu keçən müdavimlərin müəyyən əl işlərinin artıq ölkə daxilində sərgilərdə nümayiş etdirilməsi də nəzərdə tutulur.
    Gələcəkdə ölkəmizin bir çox regionlarında da Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzlərinin təşkili, dövlət-özəl tərəfdaşlıq proqramı çərçivəsində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin rəhbərliyi və tərəfdaşlarının iştirakı, həmçinin dəstəyi ilə layihələrin icrası nəzərdə tutulub.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR