AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov evi yanan ailəyə baş çəkdi

  • + A
  • - A
  • 1-11-2022, 20:17

    Millət vəkili Məşhur Məmmədov evi yanan ailəyə baş çəkdi

    70 saylı Masallı Şəhər Seçki Dairəsinin millət vəkili Məşhur Məmmədov kəndlərdə seçiciləri ilə səyyar görüşlər keçirir, seçiciləri narahat edən qayğı və problemlərin həlli üçün müvafiq tapşırıqlar verir.

    Mütəmadi olaraq keçirilən səyyar-görüşlər sakinlər tərəfindən razılıqla qarşılanır, çünki rayon mərkəzinə qəbula getmək kənd əhalisinin maddi ziyanına olmaqla yanaşı, zamanlarını da alır.


    Azadmedia.az-ın cənub bölgəsindən verilən məlumata görə, Çaxırlı kəndində seçicilərlə görüşən millət vəkili Məşhur Məmmədov köməkçiləri ilə birgə Çaxırlı kənd ərazi dairəsinə daxil olan Kəlbəhüseynli kəndində Alışov Zaur Əvəz oğluna aid olan bir ay öncə yanmış evdə olub.

    Ailənin qayğıları ilə yaxından maraqlanan M.Məmmədov evi yanan şəxsə maddi dəstək olub, millət vəkili həmçinin gələcəkdə də ailəni diqqətdə saxlayacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR