AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terror hadisəsi İranın maskasını bir daha cırdı

  • + A
  • - A
  • 27-01-2023, 22:21

    Terror hadisəsi İranın maskasını bir daha cırdı

    İranda baş verən terror hadisəsi hamımızı sarsıtdı. Təsəllimiz odur ki, mühafizə əməkdaşlarının qəhrəmanlıqları sayəsində insan itkisi az olub. Azərbaycan oğullarının əliyalın, qorxmadan silahın üzərinə yeriməsi həm düşmənlərimizin planını puça çıxarıb, həm də Vətən Müharibəsi zamanı Şuşanı əliyalın alan cəngavər oğullarımızın hər yerdə olduğunu tərs sillə kimi bir daha ermənilərin bacılarının üzlərinə çırpıb. Azadmedia.az xəbər verir ki, bu sözləri Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru İbrahim Cəfərov bu gün İranda törədilən terror aktı barədə fikirlərini bölüşərkən deyib. Akademik qeyd edib ki, bu hadisə İranın maskasını bir daha cırdı.
    Cənab İlham Əliyev hadisəyə qiymət verib terror hadisəsi olduğunu bildirməklə İranın yaydığı ailə-uşaq söhbətinə heç kimin inanmadığı mesajını verdi. Azərbaycana uzanan məkrli əllər həmişə kəsilib, İranın öz dili ilə desək, səbrimizi sınayan şirin quyruğu ilə nəinki oynamaq, onu kökündən çıxarıb atmaq gücünə malikik güclü dövlət başçımızla, güclü ordumuzla, güclü xalqımızla. Allah Azərbaycanı qorusun! Həyatını itirən qəhrəmanımıza Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR