AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam həyat naminə narkotikə “YOX” deyək” şüarı altında tədbir keçirilib

  • + A
  • - A
  • 13-03-2023, 21:30



    “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi Azərbaycan dövlətinin ölkəmizdə narkomaniyanın yayılması, xüsusilə belə mənfi halların yeniyetmələr və gənclərin arasında kütləvi hal almasına qarşı apardığı genişmiqyaslı tədbirlərə dəstək olaraq təbliğat kampaniyası həyata keçirir.

    13 mart 2023-cü il tarixdə “Sağlam həyat naminə narkotikə "YOX" deyək” şüarı altında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi təşkilatçılığı ilə tədbir keçirilmişdir.

    Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və gənclər iştirak ediblər.

    Tədbirdə məqsəd cəmiyyətimizdə, xüsusilə gənc nəslimizin nümayəndələri arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirməkdir. Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış "Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması" layihəsi çərçivəsində “Biz həyatı seçirik” çarxına baxılıb.
    Sonda tədbir iştirakçılarına "Gənclərin Anti-Narkomaniya" ictimai birliyi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilmişdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR