AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat rektorun müdafiəsinə qalxdı

  • + A
  • - A
  • 19-03-2023, 21:36

    Deputat rektorun müdafiəsinə qalxdı

    Azərbaycan Neft və Sənaye Universitetində baş verən xoşagəlməz hadisəyə görə bilavasitə rektor Mustafa Babanlının günahlandırılmasını doğru hesab etmirəm. Azadmedia.az xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov tələbələrin kriminal avtoritetə həsr edilən mahnıyla əylənməsinə münasibət bildirərkən deyib.

    Deputat qeyd edib ki, Mustafa müəllim sözügedən universitetdə mühüm islahatlara imza atan, təhsilimizə ən çox can yandıran, tələbələrlə bağlı müraciətlərə ən həssas reaksiya verən azsaylı rektorlarımızdan biridir:

    "Sözügedən xoşagəlməz hadisəyə gəldikdə bu bütövlükdə cəmiyyətdə gedən deqradasiyanın nəticəsidir. Bu hadisə hər birimizi üzür. Buna görə hamımız məsuliyyət daşıyırıq. Hesab edirəm, Elm və Təhsil Nazirliyi gənclərin sağlam tərbiyəsi üçün kompleks addımlar atmalıdır. Eyni zamanda universitetlərimiz belə halların baş verməməsi üçün diqqətli olmalıdırlar.

    Onu da təəssüflə qeyd edim ki, gənclərin əksəriyyətini belə musiqilər korlamaqdadır. Bu gün gənclərin çoxu bu cür musiqilərə meyil göstərirlər.
    Ən acınacaqlısı da odur ki, bəzən radio və televiziyalarımız da belə musiqilərə geniş yer verirlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR