AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Xoşbəxt Yusifzadə” tankeri “Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə cəlb olunub

  • + A
  • - A
  • 20-03-2023, 13:56

    Akademik Xoşbəxt Yusifzadə” tankeri “Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə cəlb olunub

    Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz
    Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.
    ASCO-dan Azadmedia.az-a verilən məlumata görə ilk partiyada tankerin anbarlarına ümumilikdə 6900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

    Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR