AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səyyar ASAN avtobusu Astarada

  • + A
  • - A
  • 11-04-2023, 13:46

    Səyyar ASAN avtobusu Astarada

    Səyyar ASAN avtobusu 3 aprel tarixindən Astara şəhər Mədəniyyət evinin qarşısında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Astarada səyyar xidmət 18 dəfə (12 dəfə Səyyar ASAN xidmət avtobusu, 6 dəfə Səyyar ASAN qatar vasitəsilə) gerçəkləşib. 12 dəfə gerçəkləşən səyyar ASAN xidmət avtobusları vasitəsilə 53 000-dən çox vətəndaş müraciəti daxil olub. 6 dəfə gerçəkləşən Səyyar ASAN qatar vasitəsilə isə 15 000-dən çox vətəndaş müraciəti daxil olub.

    Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Eyni zamanda, 3 növ funksional yardımçı xidmət – tərcümə və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilir.


    Hazırda Astara şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Cəlilabad rayonu olacaq.


    2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 700 000-ə yaxın , 2023-cü il ərzində isə 35 000-ə yaxın vətəndaş müraciəti daxil olub.


    “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR