AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi

  • + A
  • - A
  • 13-04-2023, 19:32


    Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərlə görüş keçirildi

    Ağsu RQİİ-nin bir sıra xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə görüş keçirilib. SOCAR "Azəriqaz" İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyevin iştirakı ilə keçirilən görüşlər ardıcıl olaraq Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində baş tutub. Qurum rəsmisi nəzarətçi-çilingərləri narahat edən problemləri, həmçinin tələb və təklifləri dinlədikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verib. Daha sonra hər  bir xidmət sahəsindən 2 əməkdaş olmaqla ümumilikdə 6 nəfər nümunəvi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Sonda baş direktorun təşəkkür və tapşırıqlarını nəzarətçi-çilingərlərə çatdıran C.Şıxəliyev onlara işlərində uğurlar arzulayıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR