AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərdabda "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib

  • + A
  • - A
  • 15-04-2023, 13:26

    Zərdabda "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib

    Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dəkkəoba kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
    Görüşdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışaraq, “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirildiyini və bu əməl ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunduğunu bildirib.
    Daha sonra isə tədbirdə iştirak edən digər iştirakçılar erkən nigaha daxil olma və dini radikalizmə qarşı mübarizə mövzularında çıxışlar edərək, məktəblilərə geniş məlumatlar veriblər.
    Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR