AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu dəfə Ağdam rayonunun sahibkarları "Açıq mikrofon" aksiyasından yararlandılar

  • + A
  • - A
  • 19-04-2023, 20:23

    Bu dəfə Ağdam rayonunun sahibkarları "Açıq mikrofon" aksiyasından yararlandılar

    SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Ağdam rayonunda təşkil olunub. Sahibkarlarla baş tutan görüşü Tərtər RQİİ-nin rəhbər şəxsləri çıxış sözü ilə açıq elan edib. Ardınca sahibkarlar qaz təchizatında üzləşdiyi problemləri ünvanlayıblar. KOBİA-nın nümayəndəsinin də iştirakı ilə keçirilən aksiyada mikrofon önünə çıxan Kərim İbrahimov çörək sexinə məxsus debitor borcun araşdırılmasını istəyib. Sahibkarlıqla məşğul olan Mahirə Əsədovanın istəyi isə təndirxananın qazla bağlı layihəsində dəyişikliyin edilməsindən ibarət olub. Digər bir sahibkar isə obyektin qazlaşdırılmasını xahiş edib. Aksiya zamanı ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR