AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş direktorun müavini Göyçay rayonunda vətəndaşları dinlədi

  • + A
  • - A
  • 15-05-2023, 17:36

    Baş direktorun müavini Göyçay rayonunda vətəndaşları dinlədi


    SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nda bu dəfə baş direktorun satış üzrə müavini çıxış edərək aksiyanı açıq elan edib. Söhbət Göyçay rayonunda baş tutan “Açıq mikrofon” aksiyasından gedir. Rəşad Cavadov görüşün məqsəd və məramını izah etdikdən sonra mikrofon sakinlərin ixtiyarına verilib. Ünvanlanan müraciətlərin sayı isə 16 olub. Müraciətlər arasında uçotu pozulmuş qaz sərfiyyatının silinməsi, debitor borcun araşdırılması, Hacıbəyli kəndində qaz xətlərinin çəkilməsi və Çaxırlı kəndində isə bəzən qazın təzyiqinin aşağı olması kimi məsələlər yer alıb. Görüşdə səsləndirilən bütün təklif və problemlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR