AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sayca 310-cu "Açıq mikrofon" aksiyası Masallıda təşkil olundu

  • + A
  • - A
  • 15-05-2023, 20:07

    Sayca 310-cu "Açıq mikrofon" aksiyası Masallıda təşkil olundu


    "Aksiyaya üz tutduğum Xəlifələr kəndində mavi yanacağın olmaması bizə xeyli çətinlik yaradır. Bütün kənd sakinləri adından sizdən xahişimiz odur ki, həmin kəndin qazlaşdırılmasında bizə köməklik edəsiniz". Bu sözləri Masallı rayonunun Xəlifələr kənd sakini Tofiq Canəliyev "Açıq mikrofon" aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib. Aksiyada iştirak edən Allahverdi Əliyevin də müraciəti eyniyönümlü, yəni kəndin qazlaşdırılması ilə bağlı olub. Görüşə digər kəndlərdən üz tutan sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi, əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəzlənməsi və fərdi qazlaşma ilə bağlı müraciət ediblər. Aksiyaya üz tutan hər bir vətəndaşın müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, müraciətlər qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR